"Miqrantlarımızı geri çağırmağım zarafat idi"- Erməni nazir


14:26     22 İyul 2021 2021/07/yyyyy-1626947587_1626950081.jpg

Ermənistanın iqtisadiyyat naziri vəzifəsini icra edən Vahan Kerobyan ölkədə qalmaqala səbəb olmuş erməni miqrantlarla bağlı açıqlamasına aydınlıq gətirib. Femida.az xəbər verir ki, nazir bu gün media nümayəndələri üçün keçirdiyi briffinqdə vətəndaşların ölkəyə qayıtması ilə bağlı çağırışını zarafat etdiyini bildirib:

"Mən bunu zarafata dedim. Sadəcə vurğulamağa çalışmışdım ki, Ermənistanda çoxlu sayda iş var və şanslarını xaricdə sınayan insanlar burada yaxşı iş yeri tapa biləcəklər".

Xatırladaq ki, dünən Vahan Kerobyan ölkəni kütləvi şəkildə tərk etmiş vətəndaşları Ermənistana qayıtmağa çağırıb. Nazir iqtisadi böhran fonunda şirnikləndirici və şişirdilmiş statistikalar da səsləndirərək xeyli sayda boş iş yerinin qaldığını bəyan edib.

“Hazırda tikinti, kənd təsərrüfatı, İT, istehsalat və hətta taksilərlə bağlı kəskin işçi çatışmazlığı var. Buna görə də, ölkəmizi gücləndirmək və inkişaf etdirmək üçün iş dalıyca ölkədən getmiş qohumlarınızı geri gətirməyə çağırıram",- Kerobyan deyib.


Femida.az

Açar sözlər: Ermənistan   Miqrant    

Oxunub: 685