"Taliban" Tacikistanla sərhədin 80% -nə nəzarət edir


15:03     22 İyul 2021 2021/07/efqan-1626950691_1626952082.jpg

“Taliban” Əfqanıstanın Tacikistanla sərhədinin 80% -nə nəzarət edir.

Femida.az xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindəki mənbə bildirib.

- “Taliban” qruplaşmasının Tacikistanla sərhədin bütün hissəsini nəzarətdə saxladığı barədə məlumatlar həqiqətə uyğun deyil. Onlar sərhədin 80% -dən çoxuna nəzarət etmirlər, - mənbə söyləyib.

Bundan əvvəl “Taliban”ın Tacikistanla bütün sərhəddə nəzarət etdiyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Əfqanıstanda kənd yerlərinin əhəmiyyətli hissəsini ələ keçirən "Taliban" böyük şəhərlərə qarşı hücuma başlayıb. ABŞ və NATO qüvvələrinin çıxarılmağa başlanılması ölkədə gərginliyi daha da artırıb.


Femida.az

Açar sözlər: Sərhəd   Əfqanıstan    

Oxunub: 4570