Bu il Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 6643 zəng gəlib


15:17     22 İyul 2021 2021/07/proku-1626951404_1626952929.jpg

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, bu günün rəqəmi 6643-dür.

Belə ki, 2021-ci ilin I yarımili ərzində 6643 halda Baş Prokurorluğun “961” nömrəli “Çağrı Mərkəzi”nə müraciət etmiş vətəndaşlara müvafiq hüquqi izahlar verilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.



Femida.az

Açar sözlər: Prokurorluq    

Oxunub: 515