Dövlət başçısı Naftalan hava limanı ilə tanış olub


17:22     22 İyul 2021 2021/07/1559E8F2-C027-46D5-9A21-624CDD50F488_1626960218.jpeg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan şəhər hava limanı ilə tanış olub.

Femida.az xəbər verir ki, dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

Femida.az

Açar sözlər:

Oxunub: 175