Kürdəmirdə avtomobil aşdı sürücü xəsarət aldı


09:26     23 İyul 2021 21_07_23_1627014454.jpg

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Beləki, "VAZ 2106" markalı avtomobilin sürücüsü 42 yaşlı Əsgərov Əlsəf Ağahüseyn oğlu kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarına aşırıb.

Qəza zamanı sürücü xəsarət alaraq Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb.

Yaralı həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 932