Çində avtobusla yük maşını toqquşub, ölənlər var


11:30     23 İyul 2021 21_07_23_1627018251.jpg

Çinin şimal-şərqindəki Şenyan şəhəri yaxınlığında yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 8 nəfər ölüb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli icra orqanlarından bildirilib.

Məlumata görə, qəza ötən gün yerli vaxtla saat 16:35-də (Bakı vaxtı ilə saat 12:35-də) baş verib. Yük maşını qarşı hərəkət zolağına çıxaraq avtobusa çırpılıb. Dörd nəfər hadisə yerində, daha dörd nəfər onlara tibbi yardım göstərilərkən ölüb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, hazırda həyatları üçün təhlükə yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 484