Bakı və Abşeronda havada tozun miqdarı sanitar normanı 4.3 dəfə keçib


11:36     23 İyul 2021 21_07_23_1627018633.jpg

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Vətəndaşların tibbi xidmət üçün xaricə göndərilməsi üzrə Komissiyaya yeni sədr təyin olunub
Hərbi Prokurorluqda ​​​​​​​Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru ilə görüş keçirilib
Xidmət rəisinin müavini: “Meşələrin xəritələrinin elektronlaşdırılması prorsesləri aparılır”
Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.

Açar sözlər:

Oxunub: 374