Ermənistanda koronavirusa yoluxanların sayı artıb


11:18     23 İyul 2021 2021/07/ermen-1627023882_1627024837.jpg

Ermənistanda son sutka ərzində daha 221 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 228 382 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 579-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1113 nəfərdir.

Aktiv xəstələrin sayı 3894 nəfər təşkil edir.



Femida.az

Açar sözlər: Virus    

Oxunub: 825