Yanğınlar zamanı 40 nəfər təxliyə olunub
12:17 23 İyul 2021
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Femida.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər, o cümlədən dənizdə qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Yanğınlar zamanı 40 nəfər təxliyə olunub.
Femida.az
Oxunub: 407
Oxşar xəbərlər
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN: Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb