Saatlı sakinindən silah götürülüb


14:07     23 İyul 2021 silah.PNG

Saatlı rayon sakinindən odlu silah götürülüb.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Fətəlikənd kənd sakini Elsevər İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 1091