Rusiya "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmayacaq - Peskov


14:36     23 İyul 2021 2021/07/efqan-1627036014_1627036656.jpg

Rusiya “Taliban”ı qadağan edilmiş təşkilatlar siyahısından çıxarmağı planlaşdırmır.

Femida.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hələlik bu məsələ ilə bağlı yenilik yoxdur. Əgər olsa, məlumat verəcəyik ”, - Peskov əlavə edib.

O vurğulayıb ki, "Taliban” hərəkatı Əfqanıstanda fəaliyyət göstərən kifayət qədər güclü bir qüvvədir.

Bundan əvvəl Əfqanıstan-Tacikistan sərhədindəki sabitliyin pozulacağı təqdirdə Rusiyanın reaksiya vermək niyyətində olduğu bildirilib.


Femida.az

Açar sözlər: Əfqanıstan    

Oxunub: 1350