Mədət Quliyev Pakistana başsağlığı verdi


16:46     23 İyul 2021 2021/07/pak12-1627042051_1627044463.jpg

Pakistanın sabiq prezidenti Məmnun Hüseynin vəfatı ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.

Femida.az bu barədə səfirliyə istinadla xəbər verir.

Məlumata görə, Azərbaycanın Müdafiə sənayesi naziri Mədət Quliyev, müavini Mehman Baxışov, xarici işlər nazirinin müavini Elnur Məmmədov səfirliyi ziyarət edərək başsağlığı kitabına ürək sözlərini yazıblar.

Xatırladaq ki, Məmnun Hüseyn ötən həftə 81 yaşında vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın prezidenti olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1222