Füzulidə 4 erməni hərbçinin cəsədi tapılıb


17:25     23 İyul 2021 efqanistan%20sulmeramlilar.JPG

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha 4 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli rayonunda aşkar edilib.

Onların şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1615 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1337