Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib


13:25     24 İyul 2021 21_07_24_1627133153.jpg


Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu Beyləqan rayonunda dəfn olunub.

Dəfn mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Şəhid dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin əmisi Elman Yaqubluya təqdim olunub.

Qeyd edək ki, şəhid Yaqublu Fərman Telman oğlu Beyləqan rayonu Qəhrəmanlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 863