Ağsuda yol qəzası olub, sürücü ağır yaralanıb


18:59     24 İyul 2021 21_07_24_1627138460.jpg

Ağsuda baş verən yol qəzasında minik avtomobili yoldan 30 metr kənara, biçilmiş taxıl sahəsinə düşüb, sürücü ağır xəsarət alıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Padarçöl avtomabil yolunun 5-ci kilometrində, Ərəbuşağı kəndinə yaxın ərazidə olub.

Belə ki, Gəgəli kənd sakini Aqil Böyükağa oğlu Süleymanovun idarə etdiyi 36-BF-054 nömrəli “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücü avtomobildən çıxarılaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralı həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 939