Bakıda "patı" çəkən xətt avtobusunun sürücüsü həbs edilib


19:33     24 İyul 2021 21_07_24_1627139901.jpg

Bakıda 142 saylı xətt avtobusunu idarə edərkən narkotik vasitədən istifadə edən Allahverdi Bədəlov həbs edilib.

Bu barədə Femida.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.


DYP rəsmisi bildirib ki, Abşeron rayon Məhkəməsinin qərarı ilə A. Bədəlov 10 sutka inzibati həbs edilib. O, həmçinin 1 illik sürücülük hüququndan məhrum olunub.

Açar sözlər:

Oxunub: 921