Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb


21:03     24 İyul 2021 21_07_24_1627146250.jpg

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Həsənsu kənd yolunda qeydə alınıb.

Köçəsgər kənd sakini, 1976-cı il təvəllüdlü Sahib Vəliyevin idarə etdiyi motosikletin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü xəsarət alıb.

O, təcili tibbi yardım maşını ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 851