Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub


21:33     24 İyul 2021 21_07_24_1627147014.jpg

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az- a verilən məlumata görə, son sutkada koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib, aktiv xəstə sayı 3 148 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, ötən müddət ərzində isə ümumilikdə 3 965 397 test aparılıb.

Açar sözlər:

Oxunub: 951