Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı


14:59     25 İyul 2021 21_07_25_1627210048.jpg

Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Femida.az -ın məlumatına görə, boksçulardan Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizə qalib gəlib.

63 kq çəki dərəcəsindəki idmançı növbəti raundda Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq.

Cüdoçu Orxan Səfərov 1/16 final mərhələsində Yerlan Serikjanova (Qazaxıstan) vazari xalı ilə uduzaraq yarışla vidalaşıb.

Stend atıcısı Emin Cəfərov təsnifat mərhələsinin ilk gününü 71 xalla 24-cü sırada tamamlayıb. Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Təsnifat mərhələsi sabah davam edəcək. 5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq.

Qadın idman gimnastı Marina Nevrasova 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub.

Beləliklə, Azərbaycanın daha iki idmançısı - Səfərov və Nekrasova mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 8 idmançısı olimpiada ilə vidalaşıb.

Açar sözlər:

Oxunub: 669


Oxşar xəbərlər