Anar Məhərrəmov Azərbaycanın Estoniyada səfiri təyin edilib


14:08     26 İyul 2021 2021/07/48fad88e-f35e-3e00-a9fd-c34c40a8df54_850_1627294196.jpg

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Femida.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. O, 2016-2021-ci illərdə Azərbaycanın İspaniyadakı səfiri vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 927