Serbiya XİN rəhbəri: "Ölkələrimiz eyni dəyərləri rəhbər tutur"


16:24     26 İyul 2021 2021/07/w_1616272954315265758309_1000x669_1627302312.jpg

"Serbiya Respublikası Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət verir".

Femida.az xəbər verir ki, bunu Serbiya xarici işlər naziri Nikola azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

“Bugünkü danışıqlarımız çox uğurlu keçdi, münasibətlərimizi daha da inkişaf etdirməklə bağlı qarşılıqlı istəyi təsdiqlədi. Serbiya Respublikası Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət verir. Bu görüş hansı istiqamətdə irəliləməli olduğumuzu anlamaq baxımından gözəl fürsət oldu” – deyən serbiyalı nazir bu cür siyasi məşvərətlərin illik əsasda hər il keçirilməsini təklif etdiklərini bildirib.

“Bir çox sahələrdə əməkdaşlığımız indikindən daha geniş ola bilər. Bizim ölkəmizdə Azərbaycan şirkətləri çalışır, xüsusilə də infrastruktur layihələrində. Belə şirkətlərdən biri “Azberg”dir” – deyə, N.Selakoviç qeyd edib.

Qonaq iki ölkənin eyni dəyərləri rəhbər tutduğunu da dilə gətirib:

“Bunlar beynəlxalq hüquq, suverenliyə dəstək və sərhədlərin toxunulmazlığıdır".

Açar sözlər:

Oxunub: 521