Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycana yola düşüb


17:18     26 İyul 2021 2021/07/2fddc6b1-8983-33d8-982e-40ab91266c79_850_1627305538.jpg

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan Milli Məclisinin sədri Əsəd Qayser Bakıda parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana yola düşüblər.

Femida.az “TRThaber”ə istinadən xəbər verir ki, iyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin iştirakı ilə Üçtərəfli Birinci toplantı başlayır.

Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.

Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

Açar sözlər:

Oxunub: 843