Bakı Dövlət Universitetinə prorektor təyin edilib
17:46 26 İyul 2021
“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov bundan sonra fəlaiyyətini Bakı Dövlət Universitetinin (BDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində davam etdirəcək.
Femida.az "Azərsu"ya istinadən xəbər verir ki, bu gün bu münasibətlə “Sukanal” ETLİ-də tədbir keçirilib.
Səhmdar cəmiyyətinin sədr müavini Etibar Məmmədov Fərda İmanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, onun “Azərsu”da səmərəli əmək fəaliyyətinin rəhbərlik tərəfindən qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Su təsərrüfatının inkişafındakı xidmətlərinə görə Fərda İmanova “Azərsu”yun Fəxri fərmanı və xatirə hədiyyəsi təqdim edilib.
Tədbirdə çıxış edən “Azərsu”yun İşlər idarəsinin rəisi Möhsün Quliyev, “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyev və Baş elmi işçi Fazil Əbilov Fərda müəllim haqqında xoş sözlər söyləyərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Sonda F.İmanov çıxış edərək, göstərilən diqqət və qayğıya görə “Azərsu”yun, eləcə də “Sukanal” ETLİ rəhbərliyinə və kollektivə dərin minnətdarlığını bildirib.
Oxunub: 359
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR