Repetitorlardan COVID-19 pasportu tələb olunacaq


17:47     26 İyul 2021 2018/01/repititor_1516341925.jpg

Azərbaycanda ölkə üzrə tədris və repetitor xidmətləri göstərən hər kəsdən COVID-19 pasportu tələb olunacaq.


Femida.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə öz əksini tapıb.

Belə ki, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən tədris və repetitor xidmətləri göstərənlərin peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

Açar sözlər:

Oxunub: 789


Oxşar xəbərlər