Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar


12:12     28 İyul 2021 2021/07/6101116e970c26101116e970c316274599506101116e970be6101116e970c0_1627460491.jpg

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində səfərdə olan diaspor nümayəndələri əsrarəngiz Cıdır düzündə olublar.

Komitədən Femida.az-a verilən məlumata görə, soydaşlarımız Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdırarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Əziz Şuşa, sən azadsan!" və Qarabağ Azərbaycandır!" şuarlarını təkrar-təkrar səsləndiriblər.

Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı nümayiş etdirilən iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran soydaşlarımız Azərbaycanın Dövlət Himnini ifa ediblər.

Açar sözlər:

Oxunub: 321