ABŞ-ın İraqdakı səfirliyinə raket atılıb


12:27     29 İyul 2021 21_07_29_1627547319.jpg

ABŞ-ın İraqın paytaxtı Bağdad şəhərindəki səfirliyinin ərazisinə iki raket atılıb.

Femida.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı “Sabrine News” telekanalı yayıb.

Məlumata görə, raketlər diplomatik missiyanın ərazisində yerləşən əl-Tavhid bazasına düşüb. Müdafiə sistemi raketləri zərərsizləşdirə bilməyib. Atəş zamanı ABŞ səfirliyində həyəcan siqnalı verilməyib.

İtki və dağıntı barədə hələlik məlumat yayılmayıb.

Açar sözlər:

Oxunub: 909