Tərtərdə istirahət mərkəzinə cavabdeh şəxs barəsində cinayət işi başlanılıb


12:40     29 İyul 2021 21_07_29_1627548050.jpg

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən istirahət mərkəzində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Tərtər İstirahət Mərkəzi”ndə təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi və qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.

Obyektin inzibatçısı olan Ceyhun Əliyev bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Tərtər RPŞ-də cinayət işi başlanılaraq araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1031