Bərdədə həyətdə toy edən şəxslər barədə protokollar tərtib edilib
14:10 29 İyul 2021
Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı Zümürxan kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Bundan başqa polis əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə rayonun İmamqulubəyli kəndi ərazisində karantin qaydalarının tələblərinə zidd olaraq yas mərasimi təşki edildiyi də müəyyən edilib.
Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 2 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Oxunub: 789
Oxşar xəbərlər
- Bərdədə narkotacirlər saxlanılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb
- Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Bərdədə oğul atasını qətlə yetirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Bərdədə qadın narkotacir saxlanılıb
- DİN Bərdədə zibillikdə tapılan qadınla bağlı açıqlama yayıb
- Bərdədə 24 yaşlı oğlan kanalda batıb