Boşanmış valideynlər uşağı xarici ölkəyə hansı hallarda apara bilər?


15:43     29 İyul 2021 bosanma%20(1).jpg

Tərəflər boşandıqdan sonra əsas problemlərdən biri də uşağın xaricə getməsi zamanı ortaya çıxır.

Femida.az xəbər verir ki, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən uşaq kimin himayəsindədirsə, o zaman digər valideynin notariat qaydada təsdiq edilmiş razılığı tələb olunur. Əks halda uşağın xarici ölkəyə çıxarılmasına icazə verilmir.

Uşaqların xarici ölkəyə çıxarılması zamanı razılığı tələb olunan valideyn notariat qaydasında razılıq verməzsə, bu zaman iş məhkəmə qaydasında həll edillir, yəni uşaq əgər anaya verilibsə, bu zaman ana uşağın xaricə getməsinə izn verilməsi ilə iddiası ilə məhkəməyə müracitət etməlidir. Məhkəmə daha çox uşağın lehinə ola biləcək halları nəzərə alaraq qərar verir. Uşağın lehinə olan hallar isə uşağın sağlamlığı, yəni onun xaricdə müalicəsi ilə əlaqədar ola bilər eyni zamanda təhsili ilə əlaqədar seminar və konfransda iştirak etməsi və idman oyunlarında iştirak etməsi uşağın lehinə olan hallardır.

Uşağın xaricə getməsində digər valideynin razılığı da çox əhəmiyyətlidir. Hər bir valideyn öz övladı barəsində məlumatlı olmaq eyni zamanda görüş hüququ vardır. Uşağın xarici ölkəyə getməsi zamanı isə bu görüş hüququnu həyata keçirə bilmir və bu səbəbdən məhkəmə qərar verərkən hər bir halı nəzərə almalı və buna əsasən qərar verməlidir. Bundan əlavə BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinə əsasən dövlət orqanları, məhkəmələr uşaqların maraqlarının təmin edilməsinə riayət etməlidirlər.


Femida.az

Açar sözlər:

Oxunub: 1798