Xətaidə qanunsuz işləyən heyvan kəsimi məntəqələrində reydlər keçirilib
10:58 30 İyul 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yerli icra orqanları ilə birlikdə Xətai rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərinə baxış keçirib.
AQTA-dan Femida.az-a verilən məlumata görə, yoxlama zamanı Xətai rayonu, M.Rüstəmov küçəsində fəaliyyət göstərən heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilib, müasir kəsim məntəqələrində həyata keçirilməsi üçün zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyətdən yayınmağa çağırır. Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.
Oxunub: 985
Oxşar xəbərlər
- Xətaidə qanunsuz narkotik satışı ilə məşğul olan 11 nəfər saxlanılıb
- Xətaidə avtomobillə vurulan 43 yaşlı qadın ağır xəsarət alıb
- Xətaidə yaşayış binasında yanğın olub
- Xətaidə 80 yaşlı qoca yol qəzasında xəsarət aldı
- Xətaidə qanunsuz işləyən daha 7 heyvan kəsimi məntəqəsi aşkarlandı
- Xətaidə qanunsuz fəaliyyət göstərən 13 heyvan kəsimi məntəqəsi aşkarlandı - SİYAHI
- Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
- Xətaidə yanğın olub, xəsarət alanlar var
- Xətaidə evi söküldüyü üçün özünü yandıran vətəndaşa hökm oxunub
- Xətaidə qaz təchizatı dayandırılıb