Azərbaycan qızılın ixracını kəskin artırıb


11:56     30 İyul 2021 21_07_30_1627631793.jpg

Bu ilin birinci yarısında aylarında Azərbaycan 107,9 64,6 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

Femida.az -ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 85,7 mln. dollar təşkil edib.

Göründüyü kimi, qızılın ixracı bu il 26% artıb. Məlumata görə, iyun ayında isə Azərbaycan 20,5 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 2,4% azdır.

Açar sözlər:

Oxunub: 1119