Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
19:05 30 İyul 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyə Respublikasına yola düşüb.
Femida.az-ın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq.
Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qardaş ölkədə tüğyan edən meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan FHN-in kifayət qədər qüvvəsi hazır vəziyyətə gətirilib və müraciət olunduqca hər an yola düşməyə hazırdır.
Xatırladaq ki, şəxsi heyət, zəruri avadanlıq və ləvazimatlar Türkiyəyə AZAL-ın ayırdığı xüsusi təyyarə vasitəsilə göndərilib.
Oxunub: 1142
Oxşar xəbərlər
- Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq"
- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verilib
- Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir? - DOSYE
- Prezidentin xüsusi nümayəndəsi Ağdamda ağac əkib
- Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib
- Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır
- Prezidentin köməkçisi tibb işçilərinə xəbərdarlıq edib
- Prezidentin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək