Qusarda restoran sahibi həbs edildi
11:14 31 İyul 2021
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Ladera” adı istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Femida.az-a bildirib ki, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan istirahət mərkəzində qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi Abdul Hüseyinovu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 10 gun inzibati həbs edib.
Oxunub: 1175
Oxşar xəbərlər
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Qusarda ikimərtəbəli ev yanıb
- Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib
- Qusarda gənc qadın dəm qazından ölüb
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Qusarda yol qəzası baş verib
- Qusarda toy təşkilatçısı cərimələnib
- Qusarda restoran icarədarı 20 gün inzibati həbs edilib
- Qusarda yanğın olub, xəsarət alan var
- Qusarda anasını öldürən gəncin məhkəməsi başlayıb