İlham Əliyev Flora Kərimova ilə bağlı iki sərəncam verdi


13:00     31 İyul 2021 1428589980_2014-12-30-13-39-17prezident_srncam_17ght3.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova "Şərəf” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Qeyd edək ki, iyulun 23-də Xalq artistinin 80 yaşı tamam olub.

Açar sözlər:

Oxunub: 523