Masallı polisi əməliyyat keçirib, saxlanılan var


13:12     31 İyul 2021 2021/07/5f099f0d-0a06-3650-a6fd-8bed350d7d42_850_1627724039.jpg

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Masallı rayonunun Hişkədərə kənd sakini T.Əliyev saxlanılıb.

Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 3 kiloqramdan artıq olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 799