Putinlə Ərdoğan arasında telefon danışığı olub
14:00 31 İyul 2021
Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Ölkə liderləri Türkiyənin cənub rayonlarında baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyət müzakirə ediblər. Rusiya və Türkiyənin bu təbii fəlakətlə mübarizədə əməkdaşlığının vacibliyi qeyd olunub.
V. Putin Rusiyanın Türkiyəyə meşə yanğınlatının söndürülməsində hərtərəfli köməyi davam etdirəcəyini təsdiqləyib. Ərdoğan hərtəfli dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.
Putin və Ərdoğan telefon danışığı zamanı Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının aktual mövzularına da ətraflı toxunublar. Bu yaxınlarda baş tutan ikitərəfli hökumətlərarası komissiyanın iclasının yekunlarına müsbət qiymət verilib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
Femida.az
Oxunub: 1084
Oxşar xəbərlər
- Putinlə Almaniya kansleri arasında telefon danışığı olub
- Putinlə Tokayev Ukraynadakı durumu müzakirə ediblər
- Putinlə Makron arasında telefon danışığı başlayıb
- Putinlə Tokayev arasındakı görüşün gündəliyi açıqlanıb
- Putinlə Paşinyan nəyi müzakirə edəcək? - Kremldən açıqlama
- Putinlə Paşinyan Qarabağı müzakirə edib
- Putinlə Bayden görüşə bilər
- Putinlə Paşinyan Qarabağdan danışdılar
- Putinlə Makron Dağlıq Qarabağı müzakirə ediblər
- Putinlə Zelenski arasında telefon danışığı olub