Polşa kanalının Qarabağ reportajı erməniləri məyus etdi
14:43 31 İyul 2021
Polşanın ictimai kanalı olan "TVP"-də Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından sonra Azərbaycan üçün yaranmış çətinliklər haqqında reportaj yayımlanıb.
Azvision.az xəbər verir ki, "Sülhə gedən çətin yol" adlı verilişdə qeyd edilir ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi təxminən bir il əvvəl başa çatsa da, hələ də Azərbaycanın geri qaytardığı ərazilərdə normal həyat bərpa olunmayıb. Region isə dünya gücləri arasında rəqabət meydanına çevrilib.
Polşa telekanalının bir sıra həqiqətləri dilə gətirməsi Ermənistan cəmiyyətində qıcıq oyadıb. Ziyalılar, siyasət adamları "TVP" kanalının İrəvanın maraqlarına zidd davranışından təəccübləndiklərini bildirirlər.
Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan yerli mediaya verdiyi açıqlamada reportajın onların əleyhinə olmasından təəssüfləndiyini dilə gətirib.
"Polşa İctimai Televiziyası əsas xəbər proqramı zamanı Ermənistan əleyhinə xüsusi bir reportaj yayımladı. Bir neçə il əvvəl bu telekompaniya Ermənistanın İctimai Televiziyası ilə əməkdaşlıq memorandumu imzalamışdı və bunun nəticəsində Qarabağ problemindən bəhs edən filmlər çəkildi. Əvvəllər biz bu hal ilə qürur duyurduq. Azərbaycanlılar isə etiraz əlaməti kimi səs-küy salırdılar. İndi hər şey tam əksinədir...
Nəinki ölkə, hətta diplomatiyamız belə məhv edilməsəydi, indiki hadisələr baş verməzdi. Sözdə "diplomat" olanlar erməni xalqının ən böyük düşməni və xaininə yorulmadan xidmət aparmaq üçün susmaqda davam edirlər ",-Kazaryan gileylənib.
Oxunub: 1157
Oxşar xəbərlər
- Polşa təcili olaraq Rusiya neftindən və qazından imtina etməyi tələb edir
- Polşa, Sloveniya və Çexiya Ukraynaya dəstək planını açıqlayıb
- Polşa Prezidenti İlham Əliyevə zəng edib
- Polşa Belarusla sərhəddə hasar tikintisini gələn il tamamlayacaq
- Polşada Ukrayna peyvəndinin sınaqlarına başlanılıb
- Polşa Belarus ilə sərhədboyu bölgələrdə fövqəladə vəziyyət elan edə bilər
- Polşada yaşayan şəhid övladı Şuşada atasının ruhunu yad edib
- Polşada tramvaylar toqquşub - 30-dan çox yaralı var
- Polşada ölən Müşviqin nəşi Azərbaycana gətirilir
- Polşa səfirliyi viza müraciətlərinin qəbulunda dəyişiklik edir