Axtarışda olan 42 nəfər saxlanılıb
16:19 31 İyul 2021
Daxili İşlər Nazirliyi (DİN) iyulun 30-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 56 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Oxunub: 437
Oxşar xəbərlər
- Axtarışda olan 3 qardaş tutuldu
- Axtarışda olan 94 nəfər saxlanılıb
- Axtarışda olan 69 nəfər saxlanılıb
- Axtarışda olan 77 nəfər saxlanılıb
- Axtarışda olan şəxsdən “patı” və heroin götürülüb
- Axtarışda olan 48 nəfər saxlanılıb
- Axtarışda olan 2200 nəfər tutulub - Son 6 ayda
- Axtarışda olan şəxs tutuldu
- Axtarışda olan 35 nəfər saxlanılıb
- Axtarışda olan şəxs tutuldu