Nazir müavini Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqlayıb
20:53 31 İyul 2021
"Azərbaycan Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Türkiyədə baş vermiş güclü yanğınlarla mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyəyə yola salınıb".
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
"Bildiyiniz kimi, dünən bizim birinci dəstəmiz Türkiyəyə yola salınıb. Hazırda onlar Marmarisdən 11 km aralıda yanğına qarşı mübarizə aparırlar. Bu gün aldığımız məlumata görə, yanğın davam edir, bizim əməkdaşlar yerli əməkdaşlarla birlikdə koordinasiya şəklində yanğını söndürməyə çalışırlar" - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, meşə yanğınları adi ev yanğınlarına bənzəmir:
"Havanın hərarətinin 40-45 dərəcə olmasını və dağlıq zonada hündür şam ağaclarının alovlanmasını, eləcə də yanğının sürətlə yayılmasını və şiddətini nəzərə alaraq yanğına qarşı mübarizə, əlbəttə, çətindir. Amma buna baxmayaraq, Türkiyədə olan yerli mütəxəssislərlə bizim mütəxəssislər birlikdə yanğının lokallaşdırılması və qarşısının alınması üçün çalışır" - deyə nazir müavini bildirib.
Oxunub: 982
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib