Goranboyda 11 yaşlı uşaq yanıq xəsarəti alıb


15:38     01 Avqust 2021 21_08_01_1627817216.jpg

Goranboyda 11 yaşlı uşaq velosipedlə tullantıların yandığı tonqala yıxılıb.

Femida.az-IN məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

2010-cu il təvəllüdlü kənd sakini Sərxan Ağammədov velosipedlə gəzərkən ehtiyatsızlıq edərək kənddə məişət tullantılarının yandırılması üçün qalanan tonqala yıxılıb.

Müxtəlif yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb. Görülən ilkin tibbi yardım sayəsində uşağın durumunun stabilləşdiyi deyilir.

Açar sözlər:

Oxunub: 911