Türkiyədə meşə yanğınları ilə bağlı SON DURUM - Nazir AÇIQLADI
16:12 01 Avqust 2021
Türkiyənin qərbindəki Bodrum şəhərində meşə yanğını nəzarət altına alınıb.
Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli Tvitter hesabında bildirib.
"Bodrumda yanğın nəzarət altına alındı. Soyutma işləri gedir", - deyə nazir qeyd edib.
Bundan əlavə, son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb.
Bu barədə də Bekir Pakdemirli özünün Tvitterdəki hesabında qeyd edib.
O bildirib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb:
"İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) 5 meşə yanğını davam edir".
Oxunub: 1057
Oxşar xəbərlər
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb
- Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədə zəlzələ olub
- Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var