Türkiyədə meşə yanğınları zamanı həlak olanların sayı 7 nəfərə çatıb


18:39     01 Avqust 2021 21_08_01_1627828080.jpg

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.

Bu barədə Femida.az Türkiyə mediasına istinadən xəbər verir. Qeyd edilir ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı və onun almaniyalı həyat yoldaşıdır.

Ölkənin səhiyyə naziri Fahrettin Koca Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında ölənlərin ümumi sayının 7 nəfərə çatdığını bildirib. O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.

Açar sözlər:

Oxunub: 726