Nigerdə daşqınlar nəticəsində 35 nəfər həlak olub


19:20     01 Avqust 2021 21_08_01_1627828254.jpg

Nigerdə güclü yağışlardan sonra baş verən daşqınlar nəticəsində 35 nəfər həyatını itirib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə qurumu məlumat yayıb.

Qeyd edilir ki, iyun ayından bəri baş verən daşqınlar nəticəsində ümumilikdə 2 500 evə ziyan dəyib.

Xatırladaq ki, Nigerdə ötənilki daşqınlar zamanı 73 nəfər həyatını itirib.

Açar sözlər:

Oxunub: 820