Ucarda yaşayış evlərində keçirilən toy məclislərində qaydalar pozulub


19:47     01 Avqust 2021 21_08_01_1627828458.jpg

Ucarda karantin qaydalarının pozulduğu toylar aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində

rayonun Alpoud, Müsüslü, Məlikballı, Təzə Şilyan, Yuxarı Şilyan və Qaracallı kəndlərində yerləşən 8 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Qayda pozuntularına yol vermiş ev sahibləri ilə mövcud qaydalar haqqında izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Açar sözlər:

Oxunub: 274