FHN Türkiyəyə yollanan yanğınsöndürənlərlə bağlı məlumat yaydı
21:44 01 Avqust 2021
Türkiyədə davam edən yanğınlar zamanı Azərbaycandan gedən yanğınsöndürənlərdən bir nəfərin həlak olması ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.
Femida.az xəbər verir ki, FHN-in Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Qardaş ölkəyə yollanan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları arasında xəsarət alan və ya həlak olan olmayıb. Hazırda yanğınsöndürənlərimiz fəaliyyətlərini davam etdirirlər", - məlumatda belə deyilir.
Qurum rəsmisi jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bu cür məlumatları yaymazdan əvvəl rəsmi qurumla dəqiqləşdirmə aparmalarını xahiş edib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.
Oxunub: 975
Oxşar xəbərlər
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
- FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
- FHN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
- FHN Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb