Şəkidə "AzAgro" MMC-yə məxsus avtomobil yanıb


21:58     01 Avqust 2021 21_08_01_1627838789.jpg

Şəkidə avtomobil yanıb.

Femida.az -ın məlumatına görə, bu gün günorta saatlarında rayonun Babaratma kəndinin ərazisində "AzAgro" MMC-yə məxsus, Hümbət Saleh oğlu Əhmədovun idarə etdiyi "Chevrolet" markalı, 90-AF-724 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 423