Cəlilabadda yük maşını aşıb, 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb


08:59     02 Avqust 2021 2021/08/021bfc7c-7275-308f-81ad-9eaa4d92875d_850_1627880376.jpg

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Yardımlı rayonunun Zevin kənd sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ-69" markalı yük avtomobilini yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı avtomobildə olan sərnişin, 1990-ci il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu isə müxtəlif xəsarətlər alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 636