Narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
13:13 02 Avqust 2021
Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əməliyyat zamanı Abşeron rayon sakinləri Rahinc Əhmədov, Vüsal Əliyev, Orxan Abdullayev, Pərviz İslamov və Ələkbər Carıyev tutularaq istintaqa təqdim olunublar.
Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 428
Oxşar xəbərlər
- Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!
- Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!
- Həyətində narkotika becərən rayon sakini saxlanıldı
- Avtobusda gizlədilən narkotika tapıldı
- Kürdəmirdə narkotika alverçiləri tutuldu
- Narkotika satan iranlı tutuldu
- İrandan gələn qadında narkotika tapıldı
- “Barlarda narkotika satılır” – İDDİA
- Gömrükdə 5 kq narkotika tapıldı