Goranboyda yol qəzası- Qadın öldü


13:20     02 Avqust 2021 21_08_02_1627888832.jpg

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Ülkər Yusif qızı Əliyevanı "Nissan" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, bu sutka ərzində Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən 3-cü hadisədir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 302