Polisi döyən deputatla bağlı qərar qəbul edildi


13:00     02 Avqust 2021 2021/08/eldeniz-salimov-1_1627895459.jpg

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Femida.az -ın məlumatına görə, iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb.


E. Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib. İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.


Femida.az

Açar sözlər: #Parlament    

Oxunub: 415